Oktyabrın 30-da şüvüllə tullanma üzrə keçmiş yüngül atlet, üzrə 86 yaşlı Pentti Nikula vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə “İlta-Sanomat” məlumat yayıb.
1962-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında Nikula 4,94 m hündürlüyü qət edərək dünya rekordu qırıb.
O, eyni zamanda tarixdə qapalı məkanda 5 m hündürlüyü qət edən ilk idmançı olub, baxmayaraq ki, o vaxtlar qapalı məkanda nəticələr rəsmi hesab edilmirdi.