Zaqatala rayon sakini İsgəndər Musayevi döyərək onun ölümünə səbəb olmaqda şübhəli bilinən şəxslərdən daha biri saxlanılıb.
“İki sahil” xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirlərilə 1991-ci il təvəllüdlü Hafiz Hacıyev tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, İ.Musayev oktyabrın 22-də iki şəxs tərəfindən ölümcül döyülüb və oktyabrın 27-də müalicə aldığı xəstəxanada həyatını itirib. Bir müddət öncə əməli törətməkdə şübhəli bilinən şəxslərdən biri - Rasim Abbasov polis əməkdaşları tərəfindən saxlanılmışdı.