AZ

41 yaşlı kişini döyərək öldürənlərdən biri də saxlanıldı

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Zaqatalada 41 yaşlı kişini döyüb öldürməkdə təqsirləndirilən daha bir nəfər saxlanılıb.

Axar.az Oxu az-a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Zaqatala rayon sakini İsgəndər Musayevi döyərək onun ölümünə səbəb olan şəxslərdən biri, 34 yaşlı Hafiz Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, əməli törədən şəxslərdən digəri Rasim Abbasov da bir neçə gün öncə polis əməkdaşları tərəfindən saxlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
axar.az

2Mənbələr