AZ

İbrahim Tatlısəsin oğluna atasına yaxınlaşmaq qadağan edildi

Məşhur türkiyəli müğənni İbrahim Tatlısesin oğlu Ahmet Tatlıses barəsində məhkəmədən uzaqlaşdırma qərarı alınıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Belə ki, İzmirdə keçirilən məhkəmə prosesində İbrahim Tatlısesin tələbi əsasında oğula atasına yaxınlaşmağı qadağan edən qərar çıxarılıb. İzmir 2-ci Ailə Məhkəməsinin qərarına əsasən, A. Tatlıses atasına 3 kilometrdən artıq məsafəyə yaxınlaşa bilməyəcək. Qərarın pozulması halında təhlükəsizlik qüvvələri dərhal müdaxilə edəcək.

Məhkəmə həmçinin oğul Tatlısesə elektron qolbaq taxılması barədə qərar verib. Bu sistem vasitəsilə oğul atasına yaxınlaşarsa, hüquq-mühafizə orqanları dərhal məlumatlandırılacaq. İbrahim Tatlısəs prokurorluğa müraciətində oğlunun onu təhdid etdiyini və təhlükəsizlik narahatlığı keçirdiyini bildirib.

Qeyd edək ki, ata-oğul arasında yaranan münaqişənin əsas səbəbi sərvət bölgüsü ilə bağlıdır.

"Cebheinfo.az" 

Seçilən
8
4
cebheinfo.az

5Mənbələr