AZ

Azər Bağırov: “3 hakimdən ikisi cəhənnəmlikdir” - ARENA.AZ

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:5 hesabı ilə uduzduqları matçdan sonra bunları söyləyib:

“Oyuna itkilərlə çıxmışdıq. Bilirdik ki, ağır matç olacaq. Ehtiyat oyunçular skamyamız kasad idi. Birinci hissədə nələrisə öz xeyrimizə dəyişə biləcəyimizi düşünürdük. Təəssüflər olsun ki, istədiklərimiz alınmadı. Bu gün isə ehtiyat oyunçular skamyamız demək olar ki, yox idi. Mahamadu Ba ilə Ryonosuke Ohori kimi iki əsas oyunçunun olmaması bizim kimi komandalara təsir edir. Heç kim qol buraxmaq istəməz. Təəssüf ki, boşluqlarımız var. Fikrimcə, bunun öhdəsindən gələcəyik.

Heyətdəki oyunçuların keyfiyyəti barədə danışmaq istəmirəm. Bu gün həmin oyunçular mənimdir. Davam etməliyik, məcburuq. Xalları bu futbolçularla yığacağıq. Dəyişikliklər əlbəttə, olacaq. Zəif tərəflərimiz var. Hər şeyin vaxtı var. Vaxtı çatanda qərarlar verəcəyik”.

Azər Bağırov hakimlik barədə də danışıb: “Bu gün bütün dünyada, xüsusən də Türkiyədə hakimliklə bağlı qarışıqlıqdır. Çox şey danışmaq istəmirəm. Dinimizdə də 3 hakimdən 2-si cəhənnəmlikdir. Qərarları verəndə fikirləşsinlər ki, kiminsə haqqına girməsinlər. Ötən turda 11 dəqiqə oyun dayanır, 5 dəqiqə əlavə vaxt verilir. Yeni qaydalar var. Yəqin vaxt keçdikcə biz də təcrübə toplayarıq. Bilsinlər ki, heç nə əvəzsiz deyil. Verdikəri qərarların hamısı onlara yedizdiriləcək”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
19
49
arena.az

10Mənbələr