AZ

Milyarder evinin tavanından “Bugatti” asdırdı – Lüks malikanədən VİDEO

Dubayda yaşayan bir milyarderin dəbdəbəli zövqü sosial mediada gündəm yaradıb.

O öz malikanəsinin tavanından milyonluq lüks avtomobil olan "Bugatti" markalı maşını asdırıb.

Görüntülərdə bahalı idman avtomobilinin evin içərisində, şüşə konstruksiya üzərində xüsusi dayaqlarla tavandan asıldığı görünür. Sosial şəbəkə istifadəçiləri bu qeyri-adi dekoru həm heyrətlə, həm də təəccüblə qarşılayıblar.

Məlumata görə, milyarder avtomobili "evinin dizaynının bir parçası" kimi saxlamaq istəyib. Onun lüks malikanəsi ayrıca müzakirə yaradıb.

Sosial mediada yayılan görüntülər qısa zamanda milyonlarla baxış toplayaraq "Dubay səviyyəsində dəbdəbə" kimi şərh edilib./Milli.Az

Seçilən
25
2
musavat.com

10Mənbələr