AZ

Bakılı qubernatordan azərbaycanlı miqrantlara qadağa

Noyabrın 3-dən miqrantların Sankt-Peterburqda kuryer işləməsi də qadağan ediləcək.

Musavat.com Rusiya mediasına istinadsən xəbər verir ki, Sankt-Peterburqda çatdırılma sektorunda işləyən miqrantlara işləməkləri qadağan ediləcək bildirişlər gəlməyə başlayıb.

Noyabrın 3-dən qüvvəyə minəcək yeni qaydalar barədə bildirişlər əməkçi miqrantlara göndərilir.

Xəbərdarlıqlara əsasən, şirkətlərə kuryerlərdən məhsulları sərin saxlayan çantaları geri almaq və onların sifarişlərə girişini məhdudlaşdırmaq tövsiyə olunur. Bu tədbirlər çatdırılma və taksi sənayesində işçi miqrantlara daha əvvəl elan edilmiş qadağanın praktiki şəkildə həyata keçirilməsidir.

“Kommersant” xəbər verir ki, qubernator Aleksandr Beqlov məhdudiyyətləri şərh edərkən bildirib ki, onlar “miqrasiya sektorunda nizam-intizam yaratmaq”la bağlıdır. "Biz əmək bazarımızı qorumalıyıq, ilk növbədə vətəndaşlarımız üçün iş yerlərini düşünməliyik" deyə, qubernator “Kanal 78”ə deyib.

Beləliklə, azərbaycanlı miqrantların(əsasən də cənub zonasında olan) da çoxluq təşkil etdiyi Sankt-Peterburq da peşə məhdudiyyətləri tətbiq edilən Rusiyanın 30-dan çox bölgəsi sırasına daxil olub.

Qeyd edək ki, Sankt-Peterburq qubernatoru Beqlov 1956-cı il mayın 19-da Bakıda doğulub. 1941-ci il yayın əvvəlində onun valideynləri Bakıya istirahətə gəliblər.

Valideynləri burada olanda müharibə başlayıb. Atasını dərhal cəbhəyə göndəriblər, anası isə iki yaşlı oğlu və dörd yaşlı qızı ilə birlikdə yad şəhərdə tək qalıb.

Atasının dostları onları burada himayə ediblər. Beqlovun atası İkinci Dünya müharibəsi başa çatana qədər cəbhədə olub və yalnız 1946-cı il ərəfəsində Bakıya qayıdıb. Onların ailəsi Azərbaycanda qalmağı qərara alıb. A.Beqlov ailədə səkkizinci uşaq olub.

Postsovet Sankt-Peterburqun tarixində şəhərin indiyədək beş rəhbəri olub: Anatoli Sobçak (1991-1996), Vladimir Yakovlev (1996-2003), Valentina Matviyenko (2003-2011), Georgi Poltavçenko (2011-2018) və Aleksandr Beqlov (2019-cu ildən). Sankt-Peterburq qubernatoru indiyədək şəhərə rəhbərlik edənlər sırasında ən çox tənqid edilən məmurdur. Hətta Beqlovun istefası ilə bağlı petisiyada 1,3 milyondan çox sakin səs vermişdi...

Musavat.com

 

Seçilən
23
1
musavat.com

10Mənbələr