AZ

Sinner Paris “Masters” yarımfinalında Zverevi darmadağın edib

Fransanın paytaxtında keçirilən Paris “Masters” turnirində maraqlı yarımfinal görüşü davam edir.

90deqiqe.Az-ın məlumatına görə, hazırda kortda dünyanın ikinci raketkası Yannik Sinner (İtaliya) ilə ATP reytinqində üçüncü pillədə qərarlaşan Aleksandr Zverev (Almaniya) üz-üzə gəliblər.

İtaliyalı tennisçi ilk setdə rəqibini tam üstünlüklə məğlub edib – 6:0. Cəmi 30 dəqiqə davam edən setdə Zverev bir dənə də olsun breyk xalı qazanmayıb.

Qeyd edək ki, yarımfinala gedən yolda Zverev çətin mübarizədə rusiyalı Daniil Medvedev üzərində qələbə qazanmışdı – 2:6, 6:3, 7:6 (7:5). Sinner isə daha asan qələbə ilə amerikalı Ben Şeltonu məğlub edib – 6:3, 6:3.

Hazırda oyun davam edir və finala çıxacaq tennisçinin adı yaxın dəqiqələrdə bəlli olacaq.

Seçilən
20
90deqiqe.az

1Mənbələr