AZ

Moskva vilayətindən minlərlə miqrant DEPORTASİYA EDİLƏCƏK

4300-dən çox əcnəbi Moskva vilayətində cinayət törətdiklərinə görə Rusiyadan deportasiya ediləcək. Ajans.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə idarəsinin mətbuat xidməti “Qanunsuz miqrant" əməliyyatından sonra məlumat verib.

Məlumat verilib ki, "Qanunsuz miqrant" əməliyyat-profilaktiki tədbiri zamanı miqrasiya ilə bağlı 15 705 inzibati xəta və cinayətin qarşısı alınıb. Ölkədə olma qaydalarını pozduğuna görə 10 mindən çox inzibati protokol tərtib edilib. Qanunsuz məşğulluqla bağlı 2100-dən çox məlumat verilib. Bundan əlavə, agentlik 748 cinayət işinin açıldığını bildirib.

Seçilən
23
9
Ajans.az

10Mənbələr