AZ

Premyer Liqa: “Turan” “Şamaxı”ya, “Sumqayıt” “Araz”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Öncə “Turan Tovuz” qazonu yenilənmiş doğma meydanındakı ilk matçında “Şamaxı”nı sınağa çəkəcək. Qarşılaşmanı Cavid Cəlilov idarə edəcək.

Günün digər oyununda “Sumqayıt” “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüşün baş hakimi Tural Qurbanov olacaq.

Premyer Liqa
10-cu tur

31 oktyabr

“Qarabağ” – “İmişli” 2:0
Qollar: Abdullah Zubir, 52. Emmanuel Addai, 82.
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Kərim Zeynalov, Emin Əliyev
VAR: Rəşad Əhmədov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Azərsun Arena”, 17:00.

1 noyabr

“Karvan” – “Zirə” 2:3
Qollar: İmani Barker, 29. Kayl Spens, 62 – Brahim Konate, 57. Leroy Mikels, 74. Ayron Qomis, 87.
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu, 14:00.

“Neftçi” – “Kəpəz” 5:1
Qollar: Emin Mahmudov, 19. Vensan Abubakar, 23. Bussala Sambu, 74; 86. Freddi Varqas, 90+1 – Sadiq Şəfiyev, 77.
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Rauf Cabbarov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Neftçi Arena”, 17:00.

2 noyabr

“Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 16:00.

“Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30.

3 noyabr

“Sabah” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Masazır Arena”, 19:30.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
25
48
arena.az

10Mənbələr