AZ

Günün futbol qrafiki

Misli Premyer Liqasında X turun daha iki oyunu bu gün keçiriləcək. Metbuat.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək.Tovuz şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək. Meydan sahibləri 18 xalla üçüncü, Şamaxı klubu 10 xalla doqquzuncu sıradadır.Günün ikinci görüşündə "Araz-Naxçıvan" "Sumqayıt"ın qonağı olacaq. Matç saat 18:30-da başlayacaq. "Gənclik şəhəri" təmsilçisi 14 xalla yeddinci, Naxçıvan komandası 16 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, tura noyabrın 3-də "Sabah" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq. Əvvəlki oyunlarda "Qarabağ" "İmişli"ni (2:0), "Zirə" "Karvan-Yevlax"ı (3:2), "Neftçi" "Kəpəz"i (5:1) məğlub edib.

Seçilən
8
1
metbuat.az

8Mənbələr