AZ

“Şamaxı” Tovuz, “Araz-Naxçıvan” Sumqayıt səfərində – YENİLƏNİR

Misli Premyer Liqasında 10-cu turun oyunları davam edir.

İdmanxeber.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.

Əvvəlcə “Turan Tovuz” “Şamaxı”nı qəbul edəcək. Bu görüş Tovuz təmsilçisi üçün onunla əlamətdar olacaq ki, komanda 5 aylıq fasilədən sonra doğma meydanına qayıdır. 

Günün digər matçında isə “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edəcək. 

Qeyd edək ki, 10-cu turun son görüşündə “Qəbələ” “Sabah”ın qonağı olacaq. Oyun noyabrın 3-də keçiriləcək.

2 noyabr (bazar) 

Misli Premyer Liqası, 10-cu tur

16:00. “Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamal Umudlu 
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu

18:30. “Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
M.H. adına Sumqayıt şəhər stadionu

Seçilən
10
3
idmanxeber.az

10Mənbələr