Idmanxeber.az saytına istinadən ain.az xəbər verir.
Misli Premyer Liqasında 10-cu turun oyunları davam edir.
İdmanxeber.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.
Əvvəlcə “Turan Tovuz” “Şamaxı”nı qəbul edəcək. Bu görüş Tovuz təmsilçisi üçün onunla əlamətdar olacaq ki, komanda 5 aylıq fasilədən sonra doğma meydanına qayıdır.
Günün digər matçında isə “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edəcək.
Qeyd edək ki, 10-cu turun son görüşündə “Qəbələ” “Sabah”ın qonağı olacaq. Oyun noyabrın 3-də keçiriləcək.
2 noyabr (bazar)
Misli Premyer Liqası, 10-cu tur
16:00. “Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu
18:30. “Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
M.H. adına Sumqayıt şəhər stadionu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.