Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları davam edir.
Tribunainfo.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.
İlk olaraq “Turan Tovuz” – “Şamaxı” matçı keçiriləcək.
Günün digər matçında isə “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edəcək.
2 noyabr (bazar)
Azərbaycan Premyer Liqası, 10-cu tur
16:00. “Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu
18:30. “Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
M.H. adına Sumqayıt şəhər stadionu