AZ

Azər Bağırov səhvini etiraf etdi: “Doğru deyildi” - ARENA.AZ

Premyer Liqada uğursuz mövsüm keçirən “Kəpəz”in baş məşqçisi Azər Bağırov Gəncə təmsilçisinin mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, gənc mütəxəssis Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri səfər oyunundan sonra mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Bağırov emosiyalara qapıldığını və bəzi sözlərinin doğru olmadığını etiraf edib:

“Son iki oyunda baş verən hadisələr fonunda bir qədər emosiyalara qapıldım. “İmişli” ilə görüşdə aldığımız qırmızı vərəqə, eləcə də bu oyunda verilən şübhəli 11 metrlik cərimə zərbəsi müəyyən narazılığa səbəb oldu. Düşünürəm ki, din mövzusuna toxunmağım doğru deyildi. Hakimlər də insandır, onların da səhv etməsi mümkündür. Futbol emosiyalar üzərində qurulan bir oyundur. Artıq hər şey geridə qalıb. Qarşıdakı oyunlara köklənərək, çempionatda istədiyimiz nəticələri qazanmağa çalışacağıq”.

Xatırladaq ki, Azər Bağırov ötən gün hakimlik barədə danışarkən bunları vurğulamışdı:

“Bu gün bütün dünyada, xüsusən də Türkiyədə hakimliklə bağlı qarışıqlıqdır. Çox şey danışmaq istəmirəm. Dinimizdə də 3 hakimdən 2-si cəhənnəmlikdir. Qərarları verəndə fikirləşsinlər ki, kiminsə haqqına girməsinlər. Ötən turda 11 dəqiqə oyun dayanır, 5 dəqiqə əlavə vaxt verilir. Yeni qaydalar var. Yəqin vaxt keçdikcə biz də təcrübə toplayarıq. Bilsinlər ki, heç nə əvəzsiz deyil. Verdikəri qərarların hamısı onlara yedizdiriləcək”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
12
49
arena.az

10Mənbələr