AZ

Entso Mareska: “Qarabağ”ın oyunlarını izləyəcəyik” - ARENA.AZ

“Çelsi”nin baş məşqçisi Entso Mareska UEFA Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gələcəkləri “Qarabağ”ın oyunlarını izləyəcək.

Arena.az xəbər verir ki, yerli mətbuata açıqlama verən mütəxəssis sıx qrafiklə oynadıqlarını xatırladıb.

Entso Mareska növbəti matçlara köklənməli olduqlarını söyləyib:

“Qələbə qazandığımız vaxtda belə irəli baxmaq lazımdır. İngiltərə Liqa Kubokunda “Vulverhempton”la (4:3) qarşılaşmadan sonra təyyarədə və avtobusda “Tottenhem”in oyunlarını izləməyə başladıq. Sonra isə “Qarabağ”ı izləyəcəyik. Dayanmaq olmaz. Növbəti matça köklənməli və hər dəfə yeni bir şey öyrənməlisən”.

Qeyd edək ki, “Çelsi” ötən gün İngiltərə Premyer Liqasının 10-cu turu çərçivəsində səfərdə qarşılaşdığı “Tottenhem”i məğlub edib – 1:0. London təmsilçisi noyabrın 5-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olacaq.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
16
49
arena.az

10Mənbələr