AZ

Alimlərin yadplanetli hesab etdiyi kosmik obyekt istiqamətini dəyişib

Ulduzlararası obyekt 3I/ATLAS Günəşə yaxınlaşdığı zaman trayektoriyasını dəyişdirərək qeyri-qravitasiya sürətlənməsinin ilk sübutunu nümayiş etdirib.

Bu barədə NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının 31 oktyabr tarixində dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, Günəşdən radial istiqamətdə təcil gündə 135 kvadrat kilometrə (təxminən 9×10⁻⁷ AU), eninə təcil isə gündə 60 kvadrat kilometrə (4×10⁻⁷ AU) bərabər olub.

Harvard Universitetinin astrofiziki Avi Leb qeyd edib ki, bu sürətlənmə kosmik obyektə təsir edən naməlum qüvvənin nəticəsi ola bilər.

“Belə böyük kütlə itkisi 2025-ci ilin noyabr-dekabr aylarında 3I/ATLAS ətrafında böyük bir qaz şleyfi şəklində müşahidə oluna bilər”, – alim vurğulayıb.

AzPost.az

Seçilən
2
1
azpost.info

3Mənbələr