AZ

Ayxan Abbasov: “Məşqçilər millidən danışmağıma etiraz edirlər”

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 10-cu turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün Tovuzda baş tutmuş oyun “Şamaxı”nın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Ayxan Abbasov matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Meydançanın belə olacağını gözləmirdik. Bu cür ağır meydançada xarakter göstərmək lazım olduğunu bilirdik. Sürət baxımından hər iki komanda çətinlik çəkirdi. Bu gün hər iki komanda bir xala layiq idi. Təəssüf ki, ikinci hissədə 2 real qol epizodundan istifadə edə bilmədik. Rəqib isə bir epizoddan yararlandı. Bu cür meydanda futbol oynadıq. Futbolçularıma təşəkkür edirəm. Rəqib bizdən daha təcrübəlidir, daha geniş heyətə malikdir. Davam edəcəyik, mübarizə qarşıdadır. Tovuzlu azarkeşləri təbrik edirəm, çoxdandır ki, gözlədikləri günləri gördülər. Meydançaya da heyfsləndim ki, çox əziyyət çəkiblər. Mənim də arzum idi ki, “Turan Tovuz” süni örtüklü meydançadan təbii örtüklü meydançaya keçsin. Məncə, tələsdilər. Nə qorxulu idi? Pis zədələr ola bilərdi. Çünki ot yerində qalmırdı. Amma nə edək, oynamaq lazım idi. Meydança sərt oyunu tələb edirdi”.

Ayxan Abbasov milli komanda barədə danışmaqdan imtian edib və bunun səbəbini də açıqlayıb:

“Millidən danışmayacağam. Rəqib baş məşqçilər bir az etiraz edirlər. Mətbuat konfransı çox çəkdiyi üçün. Allah qoysa, millinin mətbuat konfransında suallarınıza cavab verərəm. Keçən həftə Qəbələdə də oldu. Məşqçilər etiraz edir ki, Ayxan Abbasovun mətbuat konfransı çox çəkir, millidən danışır. Buna riayət edək. Vacib suallarınıza cavab verəcəyəm”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
7
1
arena.az

10Mənbələr