AZ

Urgənc Texnologiya Universiteti Azərbaycandan tələbə qəbulunu planlaşdırır

Urgənc Texnologiya Universiteti gələn il Azərbaycandan tələbələr cəlb etməyi planlaşdırır.

Aznews.az xəbər verir ki, bu barədə jurnalistlərə Urgənc Texnologiya Universitetinin (Urgench Ranch University of Technology) beynəlxalq əməkdaşlıq şöbəsinin mütəxəssisi və "Erasmus+" layihələrinin koordinatoru Şahodat Cumaniyazova bildirib.

"Biz Azərbaycandan tələbələr cəlb etməyi planlaşdırırıq. Ola bilsin ki, artıq gələn il universitetimizdə azərbaycanlı tələbələr təhsil alacaq", - o qeyd edib.

Ş.Cumaniyazova son dörd il ərzində universitetin beynəlxalq əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirdiyini bildirib: "Hazırda ali təhsil müəssisəsi bir sıra nüfuzlu Avropa təhsil müəssisələri, o cümlədən Barselona Universiteti, Paduya Universiteti və Bohemiya Universiteti ilə aktiv əməkdaşlıq edir".

Seçilən
28
aznews.az

1Mənbələr