AZ

Azəralüminium” MMC “Sənaye 4.0 Hazırlıq” Proqramına qoşulub

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən icra olunan “Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət etmiş “Azəralüminium” MMC-nin rəhbərliyi ilə görüş keçirilib.

4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov “Sənaye 4.0 Hazırlıq” Proqramının məqsəd və istiqamətləri, texnoloji hazırlıq səviyyəsinin qiymətləndirilməsi prosesi, müəssisənin transformasiya potensialının müəyyənləşdirilməsi və bu istiqamətdə planlaşdırılan fəaliyyətlər barədə məlumat verib.

“Azəralüminium” MMC-nin Baş icraçı direktorunun müavini Kənan Salayev bildirib ki, əlvan metallurgiya sənayesi müəssisəsi istehsal prosesində innovativ həllərin tətbiqinə önəm verir. Proqramda iştirak müəssisədə texnoloji modernləşmənin sürətlənməsinə və əməliyyat səmərəliliyinin yüksəldilməsinə mühüm töhfə verəcək.

Qeyd edək ki, “Sənaye 4.0 Hazırlıq” Proqramı İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilir və yerli sənaye müəssisələrinin texnoloji transformasiyasını sürətləndirməyi, əməliyyat səmərəliliyini artırmağı və innovasiyalar vasitəsilə onların rəqabət qabiliyyətini gücləndirməyi hədəfləyir.
Proqram çərçivəsində müəssisələrin texnoloji hazırlıq səviyyəsi beynəlxalq metodologiya əsasında qiymətləndirilir və nəticədə hər bir şirkət texnoloji transformasiyaya dair fərdi yol xəritəsi əldə edir. Yol xəritəsinin icrası mərhələsində müəssisələrə Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən güzəştli kreditlər və beynəlxalq ekspertlərin iştirakı ilə ekspertiza dəstəyinin göstərilməsi nəzərdə tutulub.

Seçilən
153
vergiler.az

1Mənbələr