AZ

Keçmiş prezident müharibəyə təhrikdə ittiham edilir

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, xüsusi prokurora istinad edən “Yonhap” agentliyi belə məlumat yayıb.

İstintaqın qənaətinə görə, Yun və bir neçə yüksək rütbəli hərbçi Şimali Koreyadan reaksiya almaq və hərbi vəziyyətin elan edilməsinə bəhanə yaratmaq üçün keçən ilin oktyabrında Pxenyandakı PUA Nəzarət Komandanlığına pilotsuz təyyarələr ötürüb.

Cənubi Koreya Prezidentinin həbsinə order verilib

“Keçmiş prezidentin hərəkətləri hərbi sirləri, o cümlədən ordunun əməliyyat imkanları haqqında məlumatları açıqladığı üçün xəyanət statutuna daxildir. Buraxılan dronlardan biri Pxenyan yaxınlığında qəzaya uğrayıb və məlumat sızmasına səbəb olub”. – istintaq materrialların əsaslanan xüsusi prokuror deyib. Xatırladaq ki, bu il yanvarın 15-də həbs edilən Yun Sok Yol barədə məhkəmə yanvarın 19-da həbs qətimkan tədbiri seçib. Keçmiş prezident hərbi vəziyyət rejiminə görə dövlət sisteminə qarşı üsyanda ittiham olunur. İttiham tərəfinin fikrincə, o, hərbi vəziyyətin ləğvi ilə bağlı səsverməni pozmaq üçün parlamentə hərbi qulluqçular göndərə bilərdi. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
1
azvision.az

2Mənbələr