AZ

Misirdə ağır qəza: 2 ölü, 39 yaralı

ain.az bildirir, Axar.az portalına istinadən.

Misirin Qırmızı dəniz əyalətində Ras Qərib – Xurqada yolunda turistlərin olduğu sərnişin avtobusu yük maşını ilə toqquşub.

Axar.az xəbər verir ki, bu barədə Misir mətbuatı məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində bir rusiyalı turist və avtobusun sürücüsü həlak olub.

Ümumilikdə 39 nəfər yaralanıb. Yaralananlardan 27-si Rusiya, qalanları isə Litva və Finlandiya vətəndaşlarıdır.

Yaralılar Ras Qəribdəki xəstəxanaya yerləşdiriliblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
2
axar.az

4Mənbələr