Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Ruqe ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin “X” səhifəsində məlumat verilib.
Cəfər Hüseynzadə NATO nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu nəticələri barədə Boris Ruqeni məlumatlandırıb.
Tərəflər Azərbaycan və NATO arasında əməkdaşlığın müsbət dinamikasını məmnunluqla qarşılayıblar.