Gəncədə yol qəzası olub.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır