AZ

Yeni enerji planı: Ermənistan Rusiyadan imtina edir – Bakıdan asılı qala bilər?

Ermənistanın Rusiya qazından imtina ehtimalı regionda enerji balansına yeni dinamika gətirə bilər. İrəvanın alternativ mənbələr axtarışı fonunda Azərbaycanın bu prosesdə rolu xüsusilə diqqət çəkir. Çünki Ermənistan Rusiya qazından imtina edərsə, enerji baxımından Bakıdan asılı vəziyyətə düşə bilər. Maraqlıdır, belə bir vəziyyət həm iqtisadi, həm də siyasi baxımdan hansı nəticələrə gətirib çıxara bilər?

Məsələ ilə bağlı NOCOMMENT.aza açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Ermənistan təbii qazı yalnız Azərbaycandan deyil, eyni zamanda Rusiyadan və İrandan da alır:

“Ermənistan hazırda əsasən Rusiyadan asılıdır. Bu asılılığı azaltmaq üçün Azərbaycandan da ildə 300-400 milyon kubmetr qaz ala bilər. Bunun üçün texniki imkanlar və infrastruktur mövcuddur, sadəcə bəzi təmir işlərinin aparılması lazımdır,” – deyə ekspert qeyd edib.

Natiq Cəfərlinin sözlərinə görə, İrəvan müxtəlif mənbələrdən qaz alaraq enerji təhlükəsizliyini təmin etməyə çalışır:

“Ermənistan həm İrandan, həm Rusiyadan, həm də Azərbaycandan qaz alaraq enerji təhlükəsizliyini qorumağı düşünür. Bu, eyni zamanda Azərbaycan üçün də sərfəlidir. Çünki bu proses biznes maraqları ilə yanaşı, siyasi təsir vasitəsi kimi də istifadə olunur. Xüsusilə Ermənistanda revanşist qüvvələrin fəallaşdığı dövrlərdə bu, təzyiq rıçağına çevrilə bilər.”

Aynurə İsmayıl

Seçilən
33
nocomment.az

1Mənbələr