BAKI, 11 noyabr. TELEQRAF
NATO Baş katibi Mark Rütte Türkiyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib.
Teleqraf xəbər verir ki, bu barədə NATO-nun "X" hesabında paylaşım edilib:
"Müttəfiqimiz Türkiyəyə və bu gün baş verən faciəli qəzada həlak olanların hamısının yaxınlarına dərin hüznlə başsağlığı veririk. Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinə, xüsusilə də Alyansdakı bütün hərbi geyimli kişilərimizə və qadınlarımıza- hər gün təhlükəsizliyimizi təmin etmək üçün etdiklərinə görə dərin minnətdarlığımızı bildiririk".
Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub. Onların hamısının qəza zamanı həlak olduğu bildirilir.