Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp çıxışı zamanı Rusiyada keçirilən Qələbə Günü mərasimini izlədiyini və oxşar ənənənin ABŞ-da da tətbiq edilməsini istədiyini bildirib.
Tramp deyib:
“Bu andan etibarən biz də Qələbə Gününü qeyd edəcəyik — Birinci Dünya müharibəsində, İkinci Dünya müharibəsində və açığı desəm, bütün digər müharibələrdə”.
ABŞ lideri əlavə edib ki, ölkə öz tarixi qələbələrini qeyd etməyi və veteranlara hörməti daha geniş şəkildə nümayiş etdirməlidir.
Musavat.com