AZ

Rusiya rəsmisi: “Ukrayna ilə İstanbulda danışıqlara başlamağa hazırıq”

BAKI, 11 noyabr. TELEQRAF

Rusiya istənilən vaxt Ukrayna ilə birbaşa danışıqları İstanbul platformasında bərpa etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki müvəqqəti işlər vəkili Aleksey İvanov İstanbulda keçirilən “Valday” klubunun konfransında deyib.

Diplomatın sözlərinə görə, Kiyev hələ də bu təkliflərə reaksiya vermir.

“Rusiya tərəfi dəfələrlə vurğulayıb ki, biz Ukrayna ilə birbaşa danışıqların davamına hazırıq. Türkiyəli tərəfdaşlarımız da İstanbul platformasının istifadəyə açıq olduğunu təsdiqləyiblər,” - İvanov bildirib.

O əlavə edib ki, Moskva onlayn formatda üç işçi qrupunun yaradılmasını da təklif edib, lakin Kiyevdən cavab gəlməyib.

Diplomat vurğulayıb ki, danışıqların bərpası üçün Ukrayna tərəfinin siyasi iradə nümayiş etdirməsi vacibdir.

Seçilən
26
teleqraf.com

1Mənbələr