AZ

Nyu-Yorkun yeni meri Tramp ilə əlaqə yaratmaq istəyir

BAKI, 12 noyabr. TELEQRAF

Nyu-Yorkun yeni seçilmiş meri Zöhran Mamdani vəzifəsinin icrasına başlamazdan əvvəl ABŞ Prezidenti Donald Tramp ilə əlaqə saxlamaq niyyətində olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Mamdani "NBC"yə müsahibəsində bildirib.

“Prezidentə bildirəcəyəm ki, bu şəhəri evi sayan hər kəsin rifahı üçün işləmək niyyətindəyəm və bu məqsədlə əməkdaşlığa hazıram. Amma bu əməkdaşlıq Nyu-York sakinlərinin zərərinə olarsa, buna qarşı çıxacağam”, - o deyib.

4 noyabrda keçirilən mer seçkilərində qalib gələn Mamdani özünü “demokratik sosialist” kimi xarakterizə edir. Prezident Tramp isə seçki ərəfəsində onun rəqibi müstəqil namizəd Endrü Kuomonu dəstəkləyib.

Seçilən
39
teleqraf.com

1Mənbələr