AZ

Göygöldə yol qəzası baş verib - Dörd nəfər xəsarət alıb

BAKI, 12 noyabr. TELEQRAF

Göygöl rayonunda avtomobilin ağaca çırpılması nəticəsində 4 nəfər xəsarət alıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə nəticəsində rayonun Hacıməlik kənd sakinləri 2003 cü il təvəllüdlü Fuad Əsgərov, onun həmyaşıdı Elgün Tağıyev, 2002-ci il təvəllüdlü Hikmət Yusifov və onun qardaşı İsmət Yusifov müxtəlif dərəcəli bədən xəsarərləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
48
teleqraf.com

1Mənbələr