AZ

Argentinada sərnişin qatarının relsdən çıxması nəticəsində 19 nəfər xəsarət alıb

Bakı. Trend:

Argentinanın paytaxtı Buenos Ayresdə sərnişin qatarının relsdənçıxması hadisəsi baş verib və nəticədə ən azı 19 nəfər xəsarətalıb.

Trend xəbər verirki, bu barədə Buenos Ayres Təcili Tibbi Yardım Sisteminin rəhbəriAlberto Kresenti məlumat verib.

Onun sözlərinə görə, doqquz nəfər xəstəxanalara yerləşdirilib,on nəfərə isə yerində tibbi yardım göstərilib. Heç bir zərərçəkəninvəziyyəti ciddi deyil.

"Trenes Argentinos" şirkətinin məlumatına görə, qatar Linyersrayonunda relsdən çıxıb və hadisə səbəbindən həmin marşrutdahərəkət məhdudlaşdırılıb. Şirkət hadisənin səbəblərinin relstəmizləndikdən və müvafiq müayinələr başa çatdıqdan sonra müəyyənediləcəyini açıqlayıb.

Seçilən
36
az.trend.az

1Mənbələr