AZ

Miqrasiya hüquqlarının pozulması və müvəqqəti yaşamaq hüququ

ain.az bildirir, Newscenter.az portalına istinadən.

Miqrasiya hüquqları insanın sərbəst hərəkət etmək, ölkəyə giriş-çıxış etmək, sığınacaq və müvəqqəti yaşayış icazəsi almaq hüququnu əhatə edir. Bu hüquqlar beynəlxalq hüquq, eləcə də milli qanunvericilik tərəfindən qorunur. Lakin miqrasiya prosesi zamanı bir çox hallarda hüquqlar pozula bilər.Miqrantlar müxtəlif hüquq pozuntuları ilə üzləşə bilirlər. Qeyri-qanuni deportasiya, Məhkəmə və inzibati prosedurların təmin olunmaması, Saxlanma şəraitinin qənaətbəxş olmaması, Sığınacaq və beynəlxalq qoruma hüququnun məhdudlaşdırılması, İş və əmək hüquqlarının pozulması, Qeydiyyat və sənədləşmə problemləri və.sMiqrasiya hüquqlarının pozulması miqrantlar üçün ciddi təhlükələr yaradır və onların insan hüquqlarını məhdudlaşdırır. Bu pozuntuların qarşısını almaq üçün beynəlxalq və milli qanunvericilik mexanizmləri, məhkəmə prosedurları və hüquqi müdafiə vasitələri vacibdir. Miqrantlar hüquqlarını bilməli və pozuntu hallarında hüquqi müdafiədən istifadə etməlidirlər.Müvəqqəti yaşayış icazəsi (MYİ), xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müəyyən müddət yaşamaq hüququ verən rəsmi sənəddir. Digər ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycanda müvəqqəti yaşamaq istəyirsə belə olan halda müvəqqəti yaşayış icazəsi üçün Dövlət Miqrasiya xidmətinə müraciət etməlidir. Müvəqqəti yaşayış icazəsinə müraciət etmək üçün siz mütləq ölkədə olmalısınız. Müvəqqəti yaşayış icazəsi İş fəaliyyəti üçün, təhsil üçün, sığınacaq və humanitar səbəblər üçün, biznes fəaliyyəti üçün, azərbaycan vətəndaşı ilə evlənmiş şəxslər üçün və.sMüvəqqəti yaşamaq icazəsi alan şəxslər Azərbaycan qanunlarına uyğun hüquqlara malikdir. Hər hansı pozuntu halında, məsələn, icazənin qanunsuz rədd olunması, inzibati problem və ya hüquq pozuntusu yaranarsa, şəxs Vəkil, Miqrasiya Xidməti, Ombudsman və ya məhkəməyə müraciət edə bilər.Müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daimi yaşayış icazəsinə müraciət edə bilərlər.Daimi yaşayış icazəsi 5 il müddətinə verilir. Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs qanunvericiliyə uyğun olaraq öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.Esmira Rzayeva, vəkil

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
newscenter.az

2Mənbələr