AZ

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

İsrailin strateji məsələlər naziri Ron Dermer istefa verdiyini açıqlayıb. O, Qəzza müharibəsi zamanı aparılan danışıqlarda önəmli rol oynayıb və Baş nazir Benyamin Netanyahunun ən yaxın siyasi müttəfiqlərindən biri kimi tanınırdı.

Globalinfo.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İsrail mediasında bir müddətdir yayılan şayiələr bu gün rəsmi təsdiqini tapıb.

Nazir istefa qərarını Netanyahunun adına ünvanladığı iki səhifəlik məktubla ictimaiyyətə çatdırıb.

"Strateji məsələlər naziri kimi fəaliyyətimi dayandırmaq qərarına gəldiyimi sizə bildirmək istəyirəm," - deyə məktubda qeyd olunub.

Baş nazirin ofisi hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, Dermer bu vəzifəyə 2022-ci ildə təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
1
olaylar.az

2Mənbələr