AZ

London metrosunun 100 illik xəritəsi satılır FOTO

ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

1930-cu illərin əvvəllərində elektrik ustası Harri Bek tərəfindən hazırlanmış və elektrik dövrə diaqramına bənzədilən London metrosu xəritəsinin ən erkən versiyası şəhərdəki "Christie's" hərrac evində satışa çıxarılıb.

Moderator.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

Məlumata görə, xəritə 100 min funt sterlinqə (təxminən 131 min ABŞ dolları) satılır.

Qeyd olunur ki, o dövrdə xəritənin müəllifi öz işinə görə cəmi 5 funt sterlinq qonorar almışdı.

Hərrac dekabrın 11-də keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
moderator.az

2Mənbələr