AZ

Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yaydı: Təyyarənin qalıqlarında...

Noyabrın 11-də Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyənin C-130 hərbi-nəqliyyat təyyarəsinin qalıqları üzərində araşdırma başladılıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Axtarış-xilasetmə və qəza araşdırma qrupu Gürcüstan hökuməti ilə koordinasiyalı şəkildə Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsinin qalıqlarını araşdırmağa başlayıb", - məlumatda bildirilib.

Qeyd edək ki, C-130 təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olub.

Seçilən
22
1
publika.az

2Mənbələr