AZ

Maduro Venesuelanın hərtərəfli müdafiəsinə dair qanunu təsdiqləyib

Venesuela prezidenti Nikolas Maduro parlament tərəfindən qəbul edilən hərtərəfli Milli Müdafiə Komandanlığı haqqında qanunu imzalayıb.

O, bu barədə “Venezolana de Televisión” telekanalında məlumat verib.

“Qanun ölkə konstitusiyasına uyğun olaraq milli, hər bir ştat və respublikanın 335 bələdiyyəsi səviyyəsində Hərtərəfli Milli Müdafiə Komandanlığının yaradılmasını müəyyən edir”, – Maduro bildirib.

O bildirib ki, bütün səviyyələrdə komandanlığa Milli Bolivar Silahlı Qüvvələrini istənilən şəraitdə fəaliyyətə hazırlamaq tapşırılıb.

O, vurğulayıb ki, qanun imzalanan andan bütün ölkə ərazisində Hərtərəfli Müdafiə Komandanlıqları yaradılmalı və fəaliyyət göstərməlidir.

Maduro izah edib ki, müdafiə doktrinasının inkişafı çərçivəsində sülhün qorunmasına, millətin hərtərəfli inkişafına yönəlmiş və respublikanın mübarizəsinin müxtəlif formalarını əhatə edən hərtərəfli müdafiə konsepsiyası hazırlanıb. O əlavə edib ki, Venesuela xalqı “konstitusion hüquqlarını təmin etmək üçün hərtərəfli müdafiə konsepsiyasını qəbul etməlidir”.

N.Maduro həmçinin xatırladıb ki, Venesuela 100 ildə ABŞ-ın ən ciddi işğalı təhlükəsi ilə üz-üzədir. O, əvvəllər bəyan edib ki, Vaşinqton Venesuela hakimiyyətini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə adekvat mübarizə aparmamaqda ittiham edir.

Seçilən
21
interpress.az

1Mənbələr