AZ

Dünyanın ilk bloqerinin adı açıqlanıb

Böyük rus yazıçısı Fyodor Dostoyevski dünyanın ilk bloqeri olub.

Oxuməni.az-ın məlumatına görə, bu fikri TASS-a müsahibəsində klassikin kötücəsi Aleksey Dostoyevski bildirib.

Onun sözlərinə görə, Fyodor Mixayloviçin XIX əsrdə yazmağa başladığı "Yazıçının gündəliyi" əslində ədəbi mənada ilk bloqdur.

"Onun (Fyodor Dostoyevski - red.) əvvəllər, əsrin 70-ci illərində başladığı "Yazıçının gündəliyi" oxucu ilə birbaşa dialoqdur, onu narahat edən suallara cavablardır. Yəni baş verən həyatdır", - deyə klassikin kötücəsi öz fikrini izah edib.

Aleksey Dostoyevski həmçinin hər kəsə "Yazıçının gündəliyi"ni oxumağı və orada yazılanları indiki zamana uyğunlaşdırmağı tövsiyə edib. O qeyd edib ki, zaman dəyişsə belə, "insanlar ehtiraslarında eyni qalırlar".

Almaz Həsənli

Seçilən
25
1
oxumeni.az

2Mənbələr