AZ

Əhməd əş-Şaraa: Tramp İsrailin Suriyadan çıxmalı olduğu fikrini dəstəkləyir

ABŞ Prezidenti Donald Tramp İsrail ordusunun Suriyadan geri çəkilməsini dəstəkləyir...

APA xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şaraa amerikalı həmkarı ilə görüşdən sonra “The Washington Post”a müsahibəsində deyib.

Onun sözlərinə görə, İsraillə razılaşma əldə etmək üçün hələ qət edilməli çox məsafə var.

“Yekun razılaşmaya çatmaq üçün İsrail ötən il dekabrın 8-dən əvvəlki sərhədlərə qayıtmalıdır”, - Suriya Prezidenti vurğulayıb.

O bildirib ki, "İsrail Suriyaya təhlükəsizlik qayğılarının həlli üçün yox, işğalçılıq ambisiyalarını həyata keçirmək üçün daxil olub".

“İsrail həmişə iddia edir ki, Suriyadakı narahatlıqları İran dəstəkli qruplaşmalar və Hizbullaha görədir. Amma biz bu qüvvələri Suriyadan çıxarmışıq. İsrail Suriyanın cənubunda şərtlər qoyur və bunu Colan yüksəkliklərini qorumaq üçün etdiklərini iddia edir. Bir neçə ildən sonra onlar bəlkə də Suriyanın mərkəzini işğal edəcəklər və bunu Suriyanın cənubunu qorumaq üçün etdiklərini iddia edəcəklər. Onlar bu yolla Münhenə qədər gedib çatacaqlar”, - Əhməd əş-Şaraa bəyan edib.

Qeyd edək ki, Əhməd əş-Şaraa Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb. Hər iki tərəf görüşün uğurlu keçdiyini dilə gətirib.

Poliqon.info

Seçilən
6
5
poliqon.info

6Mənbələr