AZ

Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi olub

Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində qeydə alınıb.

Sürüşmə nəticəsində torpaq qatı poliklinikanın həyətindəki maşının üzərinə tökülüb.

İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub.

Seçilən
28
1
far.az

10Mənbələr