AZ

Diyetoloq bəzi xəstələrə borş yeməyi məsləhət görmür

Dietoloq Nataliya Çaevskaya bildirib ki, klassik borş hər kəs üçün uyğun deyil və bəzi xəstəliklərdə onun qəbulu tövsiyə olunmur.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, qastrit, mədə xorası, böyrək daşı və ya öd daşı xəstəliyi olan şəxslər bu yeməkdən uzaq durmalıdırlar.

O qeyd edib ki, ürək-damar xəstəlikləri olan insanlar da tərkibində çoxlu duz və ya hisə verilmiş məhsullar olan şorbalardan çəkinməlidirlər. Bu, təzyiqin artması və damar problemlərinin dərinləşməsinin qarşısını almağa kömək edir.

Diyetoloq əlavə edib ki, borşun sağlam olub-olmaması onun hazırlanma üsulundan və istifadə olunan inqrediyentlərin keyfiyyətindən asılıdır. O, təzə tərəvəzlə və az duzla bişirilən borşun orqanizm üçün daha təhlükəsiz olduğunu vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
20
e-saglam.az

1Mənbələr