AZ

İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin əməkdaşlığı ilə “Yaşıl artım portalı”nın yeni versiyası yaradılıb

Bakı. Trend:

Ötən il Bakıda keçirilən COP29 zamanı təqdim olunan vəİqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin “Growth Lab”Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsindəyaradılmış qlobal “Yaşıl artım portalı” (Green Growth Portal)enerji keçidi üçün zəruri məlumatları özündə birləşdirərək ölkələrəvə investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyədəstək verir. Portalda interaktiv analitik alətlər vasitəsilə yenisənaye sahələrinin, bazarların və iqtisadi inkişaf istiqamətlərininformalaşması üçün mövcud imkanlar təqdim olunur.

Trend xəbərverir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

COP29 irsinin davamı kimi bu layihə çərçivəsində artıq 1,7milyondan çox istifadəçiyə xidmət göstərilir. Portal HarvardUniversitetinin “İqtisadi Mürəkkəblik Atlası”na (Atlas of EconomicComplexity) inteqrasiya olunub və ölkələrin iqtisadi inkişafimkanlarına dair təhlil və məlumat bazasına çıxış təqdim edir.

Portalın yeni versiyası funksional baxımdan təkmilləşdirilib vəbir sıra innovativ xüsusiyyətlərlə zənginləşdirilib. Bu barədəHarvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinintəsisçisi və direktoru, professor Rikardo Hausman sosial mediadapaylaşım edərək bildirib ki, Azərbaycan hökumətinin dəstəyi iləhəyata keçirilən layihə sayəsində “Growth Lab” hazırda 140 ölkəyə 2trilyon dollarlıq qlobal enerji keçidi imkanında necə iştirak edəbiləcəklərinə dair məlumatları təqdim edə bilir.

https://x.com/ricardo_hausman/status/1986147327975846034

Alətin məqsədi ölkələrə hansı məhsulları istehsal etməklə enerjikeçidi prosesində iştirak edə biləcəklərini göstərməkdir. Portalhəmçinin Greenplexity İndeksi adlı göstəricini təqdim edir. Buindeks ölkələri qarşıdakı enerji keçidinə hazırlıq səviyyəsinə görəsıralayır. Greenplexity İndeksinə əsasən, ilk beşlikdə Yaponiya,Almaniya, Çexiya, Fransa və Çin qərarlaşıb.

Qeyd edək ki, Braziliyada keçirilən BMT-nin İqlim Dəyişikliyiüzrə 30-cu Tərəflər Konfransı (COP30) çərçivəsində AzərbaycanRespublikasının İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin“Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin əməkdaşlığı nəticəsindəyaradılmış “Yaşıl artım portalı”nın yekun versiyası qlobalictimaiyyətə təqdim ediləcək.

Bu layihə Azərbaycanın aşağı karbonlu, innovasiyaya əsaslanan vəbilik yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətindəapardığı məqsədyönlü siyasətin növbəti mühüm addımı hesab olunur.Həmçinin layihə Azərbaycanın yaşıl keçidin iqtisadi imkanlarınıngenişləndirilməsi və iqlim dayanıqlığının möhkəmləndirilməsiistiqamətində beynəlxalq səviyyədə liderliyini daha dagücləndirir.

Seçilən
4
7
az.trend.az

8Mənbələr