Venesuela hökuməti ölkənin Silahlı Qüvvələrində kütləvi səfərbərliyin elan edildiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə xarici mediaya istinadla xəbər verir.
Venesuelanın Müdafiə Naziri Vladimir Padrino Lopes bildirib ki, bu addım ABŞ-dan gələn "imperialist təhlükəyə" qarşı reaksiya kimi atılıb. Eyni zamanda, müdafiə nazirliyi Bolivariya milisinin vətəndaşlardan ibarət ehtiyat qüvvələrinin iştirak edəcəyi hərbi təlimlərin başladığını da açıqlayıb.
Qeyd edək ki, ABŞ-ın ən iri təyyarədaşıyan gəmisi USS Gerald R. Ford Cənubi Komandanlığın məsuliyyət zonasında yerləşərək, ABŞ Hərbi Dəniz Qüvvələrinin səkkiz digər gəmisinə qoşulub. Pentaqon isə bildirib ki, təyyarədaşıyan və onun döyüş qrupu regiona narkotiklərlə mübarizə əməliyyatlarını dəstəkləmək məqsədilə göndərilib.