AZ

Tramp Britaniya media orqanını məhkəməyə vermək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp Britaniyanın BBC telekanalını onun sözlərini təhrif etdiyinə görə məhkəməyə verməyə borclu olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.

Siyasətçi vurğulayıb ki, insanların belə şeylərə yol verməməsi lazımdır.

Dünən "Reuters" xəbər verib ki, Trampın vəkilləri BBC-dən sənədli filmi noyabrın 14-dək geri götürməyi xahiş ediblər, əks halda yayımçı ən azı 1 milyard dollarlıq iddia ilə üzləşəcək.

Seçilən
26
1
operativmm.az

2Mənbələr