AZ

Polad Bülbüloğlu: Gələn ilin büdcəsindən kinoya vəsait ayrılmayıb

BAKI, 12 noyabr. TELEQRAF

"Gələn ilin büdcəsindən kinoya vəsait ayrılmayıb. Bunun səbəblərini bilmirəm".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında bildirib.

O qeyd edib ki, Azərbaycanın gözəl, dünyaya səs salan film nümunələri var:

“Belə halda kinoya heç bir vəsait ayrılmamağı düzgün deyil. Vəsaitin olmaması ora gətirib çıxaracaq ki, kinodakı mütəxəssislər iş yerlərini tərk edəcəklər. Nəticədə kinomuz inkişaf edə bilməyəcək”.

Seçilən
25
5
teleqraf.com

7Mənbələr