AZ

Xalq artisti qəzaya uğrayan Türkiyə təyyarəsinə görə konsertini təxirə saldı - VİDEO

Xalq artisti Mənsum İbrahimov ötən gün Azərbaycandan Türkiyəyə qayıdan hərbi yük təyyarəsinin qəzaya uğramasına görə konsertini təxirə salıb.

Azreform.info xəbər verir ki, bu barədə Mənsum İbrahimov özü məlumat verib.

“Əziz gəncəlilər, mənim yubleyimlə bağlı bu gün axşam Gəncə Dövlət Fİlarmoniyasında böyük bir konsert planlaşdırılmışdı. Dünən qardaş Türkiyə Cümhuriyyətinin Gəncədən qayıdan hərbi təyyarəsində baş verən qəza ilə bağlı biz bu tədbiri təxirə saldıq. Vaxtı ilə bağlı məlumat verəcəyik. 20 şəhidimiz var. Acınız acımızdır, əziz Türkiyəm, başınız sağ olsun.Allah bütün şəhidlərə rəhmət eləsin! Anlayışınız üçün təşəkkür edirəm”, - deyə o söyləyib.

Qeyd edək ki, ötən gün Azərbaycandan Türkiyəyə uçan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 20 nəfər həlak olub. 

Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və ilk dəfə yerli sakinlər tərəfindən aşkar edilib.

Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.

Billurə Yunus

Seçilən
5
1
azreform.info

2Mənbələr