Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Bakının Xətai rayonu, Gəncə prospektində yerləşən parkın ərazisində baş verən hadisə ilə bağlı açıqlama yayıb.
"APA-Economics" bu barədə quruma istinadən xəbər verir.
Bildirilib ki, parkda suvarma üçün istifadə olunan su xətləri Xətai rayon Sukanal İdarəsinə məxsus deyil.
Qeyd edək ki, bu gün Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən parkda sürüşmə hadisəsi baş verib.