AZ

Mənsum İbrahimov konsertini təxirə saldı

BAKI, 12 noyabr. TELEQRAF

Xalq artisti Mənsum İbrahimov bu gün Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertini təxirə salıb.

Bu barədə Teleqraf-a Xalq artisti Mənsum İbrahimovun özü məlumat verib.

"Bizim silsilə yubiley tədbirlərimiz Ağdamda və Füzulidə keçirilib. Bu gün isə Gəncə Dövlət Filarmoniyasında konsertimiz olmalı idi. Qardaş Türkiyənin təyyarəsinin qəzaya uğraması 20 nəfərin şəhid olmasına çox kədərləndim. Şəhidlərimizin ruhuna ehtiram olaraq tədbiri təxirə saldım. Mən özüm də şəhid ailəsindənəm, buna görə də şəhidliyin nə demək olduğunu çox yaxşı bilirəm. Konsertini vaxtını yaxın günlərdə açıqlayacam",-deyə M. İbrahimov əlavə edib.

Seçilən
12
teleqraf.com

1Mənbələr