Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Əhmədli qəsəbəsində hadisə baş verən ərazidə su boruları yenilənməsə, daha böyük sürüşmə ola bilər.
Axar.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyib.
O bildirib ki, sürüşmə baş verən ərazidən vaxtilə istehsal müddəti başa çatmış su borusu keçir:
"Borunun parçalanması və su buraxması səbəbindən torpağın üst qatında su yığıntıları əmələ gəlib. Alt qat su keçirməyən lay olduğuna görə orada sürüşkənlik əmələ gətirib. Bu, adi sürüşmə prosesidir. Su yığıntları səbəbindən torpağın pillənkənvari hissəsində sürüşmə olub".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.