AZ

ABŞ-dan Türkiyə də daxil olmaqla NATO-ya Rusiya ilə bağlı çağırış

Ağ Ev bütün NATO müttəfiqlərinə Rusiyadan neft-qaz almağı  dayandırmaq barədə çağırış edib.

Ölkə.az xəbər verir ki, bu barədə açıqlama verən ABŞ dövlət katibinin müavini Tommi Piqotun sözlərinə görə, bu məsələ ABŞ-ın vitse-prezidenti C.D. Vens və dövlət katibi Marko Rubio noyabrın 10-da Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşündə dilə gətirilib.

“Görüşdə ABŞ Prezident Trampın bütün NATO müttəfiqlərinə Ukraynada davam edən müharibəyə son qoymaq üçün Rusiya enerjisinin alınmasını dayandırmaq çağırışını təkrarlanıb", - Dövlət katibinin müavini Tommi Piqot deyib. 

Mürtəza

Seçilən
3
1
olke.az

2Mənbələr