AZ

Əhmədlidəki sürüşmənin SƏBƏBİ BİLİNDİ

"Xətai rayonu Əhmədli qəsəbəsində baş verən sürüşmə texniki səbəblərdən baş verib".
 

MÖVZU İLƏ BAĞLI: 

Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi – VİDEO


Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ərazidə vaxtilə istehsal müddəti başa çatmış su borusu keçir:

“Borunun parçalanması və su buraxması səbəbindən torpağın üst qatında su yığıntıları əmələ gəlib. Alt qat su keçirməyən lay olduğuna görə orada sürüşkənlik əmələ gətirib. Bu, adi sürüşmə prosesidir. Su yığıntları səbəbindən torpağın pillənkənvari hissəsində sürüşmə olub".

Ənvər Əliyev qeyd edib ki, ərazidə daha bir neçə yerdə sürüşmə təhlükəsi yaranıb:

“Ərazidə mütləq tez bir zamanda su təsərrüfat sistemi yenilənməlidir və müasir borularla əvəzlənməlidir. Çünki ərazidə boruların axıntısından sınıq yerlər yaranıb. Bu gələcəkdə sözügedən ərazidə sürüşmə təhlükəsi yaradır. Hazırkı sürüşmə yerinin sağ və sol hissələrində biz qırıntılar aşkar etmişik. Gələcəkdə burada daha böyük sürüşmə ola bilər".

Xətai rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov isə jurnalistlərə açıqlamasında deyib ki, sürüşmə zamanı xəsarət alan olmayıb:

“Bildiyiniz kimi, Bakının Xətai rayonunda abadlıq işləri davam edir. Burada vaxtilə 4 hektar olan Heydər Əliyev parkının sahəsi 14 hektara çatdırılıb. Ona yaxın ərazinin hamısı da abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb. Tərəfimizdən həmin ərazilərə qulluq göstərilməsi üçün su xətləri çəkilib”, - o bildirib.

O qeyd edib ki, nisbətən böyük olan su xəttində sızma baş verib:

“Sızma nəticəsində su müəyyən hissəyə yayıldığı üçün, torpaq yumşaq olduğundan sürüşmə müşahidə edilib. Dərhal xətt bərpa olunub və vəziyyət nəzarətə götürülüb.

Digər aidiyyəti qurumlara da bu barədə məlumat verilib. Bu il icra hakimiyyəti və rayon qurumları tərəfindən ərazidə bərpa işləri aparılıb. Qeyd edilməlidir ki, bu zona sürüşmə zonası deyil. Sadəcə sızma nəticəsində lokal çökmə baş verib. Heç bir təhlükəli proses yoxdur”, - o qeyd edib. (Apa.az)

Bizim.Media

Seçilən
7
5
bizim.media

8Mənbələr